Təcili Yardım Stansiyasının zirzəmisində yanmış meyit tapıldı

Təcili Yardım Stansiyasının zirzəmisində yanmış meyit tapıldı
13:14 24 Yanvar 2015
134 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda Təcili Tibbi Yardım Stansiyasının zirzəmisində yanmış meyit aşkarlanıb.  Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 23-də saat 09 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsindəki Təcili Tibbi Yardım Stansiyasının zirzəmisində yanğın baş verib. Nəticədə 1,5 kv. m sahədə olan əşyalar yanıb, yanğın söndürüldükdən sonra orada daimi yaşayış yeri olmayan Arif Rəhimovun yanmış meyiti tapılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191350

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR