Azərbaycanda əmanətçilərin bir hissəsi vergidən azad ediləcək

Azərbaycanda əmanətçilərin bir hissəsi vergidən azad ediləcək
16:18 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycanda məbləği ildə 500 manatı ötəcək dividendlərə gəlir vergisinin tətbiq edilməsi təklif olunur. Bu barədə banklarda və digər kredit təşkilatlarında fiziki şəxslərin əmanətləri üzrə dividendlərə vergi güzəştlərini nəzərdə tutan qanun layihəsində deyilir.

Hökumətdəki mənbənin Trend-ə verdiyi məlumata görə, qanun layihəsi müzakirə olunmaq üçün Milli Məclisə təqdim edilib.

Əvvəlki illərdən fərqli olaraq (ilk dəfə vergi güzəştləri 1999-cu ildə tətbiq edilib - red.) əmanətçilərə vergi güzəştlərinin tətbiqi mexanizmi təkmilləşdiriləcək. Əgər indiyədək moratorium üç il müddətinə qüvvədə idisə, yeni qanunda vaxt çərçivəsinin aradan qaldırılması planlaşdırılır. Lakin bu zaman vergi güzəştlərinin şamil ediləcəyi dividendlərin məbləğinə məhdudiyyətlər tətbiq olunacaq.

Ötən ilin sonunda tətbiq edilən vergi güzəştləri 2014-cü ilin sonunda başa çatır.

Mənbə deyib ki, qanunvericiliyə görə, illik məbləği 500 manatadək təşkil edən dividendlərin vergi ödənişindən azad edilməsi təklif edilir: "Qanun layihəsinin ilk müzakirələri gələn həftənin əvvəlində başlayacaq".

Parlamentin İqtisadi siyasət komissiyasının üzvü, deputat Əli Məsimli Trend-ə bildirib ki, bu gün dünya maliyyə bazarında ciddi kataklizmlər müşahidə olunur, bununla əlaqədar ucuz vəsaitlərin cəlb edilməsi çətinləşəcək: "Belə vəziyyətdə yerli bazardan böyük maliyyə vəsaitlərinin cəlb edilməsi məsələsi aktuallaşır".

Lakin Ə.Məsimli hesab edir ki, vergi dividendlərinin tətbiqi dövlət büdcəsinə böyük vəsait axınını təmin etməyəcək, eyni zamanda, müəyyən dərəcədə əmanətçiləri azaldacaq: "Məhz buna görə də bu məsələ ətraflı müzakirələr tələb edir".

Onun sözlərinə görə, bu praktika dünyanın bir çox ölkələrində tətbiq edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR