FIFA agenti: "Azərbaycan klubu daha cəld tərpəndi"

FIFA agenti: "Azərbaycan klubu daha cəld tərpəndi"
13:22 24 Yanvar 2015
105 İdman
Ölkə mətbuatı
A- A+

FIFA agenti Vadim Şabliy Ukrayna mətbuatına müsahibə verib. Fanat.az xəbər verir ki, ukraynalı həmyerlilərinin “Qəbələ” klubuna keçidindən danışıb.

 

- “Qəbələ” “Çernomorets”in əvvəl baş məşqçisi Roman Qriqprçuk, sonra futbolçularını sıralarına qatdı. Bu maraq hardandı?

- Qriqorçuk “Çernomorets”dəki işi ilə nəyə qadir olduğunu göstərdi. Bu üzdən də ona təkcə “Qəbələ” deyil, başqa klublar da iddia edirdi. Amma Azərbaycan klubu daha cəld tərpənib, operativlik göstərdi. Bu komanda qarşısına avrokuboklarda oynamaq vəzifəsi oyub. Qriqorçuk isə o qədər böyük büdcəsi olmayan klubla da bunu bacarmağın nümunəsidi.

 

- “Qəbələ” Aleksey Qay, Dmitri Bezotosni və Ruslan Fomini də sıralarına qatıb. Niyə məhz bu 3 ukraynalı?

- Yeni baş məşqçi bunu daha düzgün hesab etdi. Onun axtarış, baxışa oyunçu çağırıb yoxlamaq üçün o qədər də vaxtı yoxdu. Bu üzdən də “Qəbələ”nin güclənməli mövqelərinə sınanmış futbolçuları cəlb edib.


- Qay oyunların birindən əvvəl Ukrayna ordusuna dəstək məqsədilə forma geyməkdən imtina etmişdi. Bunun onun ölkədən getmək qərarına təsiri olubmu?

- Əsla yox. Aleksey vətənpərvərdi, millidə çıxış edib. Onu “Qəbələ” və Qriqorçuk dəvət edib. Bu amil də onun keçidində rol oynayıb.

 

- “Çernomorets”in sabiq futbolçuları bu keçid sayəsində öz maliyyə durumlarını yaxşılaşdıracaq?

- Belə deyərdim ki, onlar Odessadakı şəraitlə müqayisədə heç nə itirməyəcək. Transferlər tez və asan alındı. Həm futbolçular, həm də heyətinə güclü oyunçular qatan “Qəbələ” bundan razı qaldı.

 

- Türkiyədə toplanışda olan “Qəbələ”nin futbol direktoru Toni Adamsla da görüşünüz oldu. “Arsenal”ın əfsanəsi ukraynalıların transferi haqda hansı fikirdədi?

- Adams Qriqorçuk və ukraynalı futbolçuların bu klubda olmasına çox şaddı. O, ünsiyyət üçün çox münasib adamdı. Ukrayna və bizim futbolçulara da xoş münasibət bəsləyir. Adams öz işini bilən böyük peşəkardı və hər şeydə Qriqprçuku dəstəkləyəcəyini bildirdi.

 

- “Çernomorets”in daha bir sabiq üzvü – Vladimir Arjanov niyə “Qəbələ” deyil, “Atırau”ya keçdi?

- Düşünürəm ki, mümkün olsaydı, “Qəbələ” daha çox oyunçunu heyətində görmək istəyərdi.//apasport.az


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR