Azərbaycanda 2017-ci ildən ali məktəblərdə məqsədli kapital fondları yaradılacaq

13:22 24 Yanvar 2015
128 Digər
Ölkə mətbuatı
A- A+

[ 24 Yanvar 2015 13:16 ]


Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda 2017-ci ildən başlayaraq ali təhsil müəssisələrində dövlət büdcəsi vəsaitindən istifadə olunmadan məqsədli kapital fondları yaradılması mümkün olacaq.

 

APA-nın məlumatıma görə, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”na əsasən, Təhsil, İqtisadiyyat və Sənaye nazirlikləri 2016-2017-ci illər ərzində məqsədli kapital fondunun nümunəvi Əsasnaməsinin layihəsini hazırlamalı və təsdiq etməlidir.

 

Ali təhsil müəssisələrində dövlət büdcəsi vəsaitindən istifadə olunmadan məqsədli kapital fondlarının yaradılması təhsilin dayanıqlı və müxtəlif mənbələrdən maliyyələşdirilməsinin yeni mexanizminin yaradılması çərçivəsində stimullaşdırılacaq.

 

Qeyd edək ki, ali təhsil müəssisələrində dövlət büdcəsi vəsaitindən istifadə olunmadan məqsədli kapital fondlarının yaradılması Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ında strateji hədəflər və tədbirlərdən biri kimi əksini tapmışdı. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370256

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR