23 kilo arıqlayan azərbaycanlı aparıcı alış-verişə çıxdı - REPORTAJ

23 kilo arıqlayan azərbaycanlı aparıcı alış-verişə çıxdı - REPORTAJ
13:29 24 Yanvar 2015
268 Şou
Ölkə mətbuatı
A- A+

Onları hər gün efirdə, qəzet və jurnal səhifələrində, saytlarda görürsünüz. Müxtəlif açıqlamalar verirlər, qalmaqal yaradırlar, bir sözlə gündəmdə qalmağa çalışırlar. Maraqlananlar, pərəstişkarları onların ən adi hobbilərindən tutmuş, qarderoblarında belə nələrin olduğunu deyə bilərlər. Hətta nə vaxt yuxudan durub, nə vaxt yatdıqlarını, nə yeyib, nə içdiklərini belə mediadan gizlətmirlər.

Amma onların da asudə vaxtları, qayğıları olur. Onlar da hamı kimi dükan-bazara gedir, ərzaq alır, yemək bişirir, qonaq çağırır… Deyəsən, çox uzatdıq; qısası, bir layihəyə start verdik: “Bazarlıq”. İstəyirik öyrənək görək, kimlər gündəlik bazarlığını harada edir, nə alır, hansı məhsullara üstünlük verir və nəhayət, nə qədər pul xərcləyir?

Lent.az-ın “Bazarlıq”ında şou-biznesdə daha çox bəstəkar  kimi tanınan və son dövrlərdə də özünü ifaçılıq peşəsində də sınayan Murad Arifdir.

Onu çoxdan “Bazarlıq”a aparmaq istəyirdik. Amma işlərinin çoxluğundan, ya da tənbəllikdən görüşməyimiz hər dəfə ertələnirdi.

- Hə, Yalçın. Neçə vaxt idi ki, layihənizdə iştiraka razılıq vermişdim. Amma bildiyiniz kimi yaradıcılıq işlərimdən dolayı vaxt tapa bilmirdim. 1 saat vaxtım var. Burdan da dərhal vokal müəllimimin yanına gedəcəm.

- Hardan başlayaq?

 Alış-verişə başlamadan öncə həyat yoldaşının “sms”lə göndərdiyi ərzaq siyahısına baxır.

Alacağı ərzaqların siyahısını telefondan oxuyur...

- Hə, bu gün deyəsən çox şey almayacam. Amma ilk öncə şəkər tozu alım,  sonra keçək ağartı məhsulları satılan hissəyə.

 

- Murad, bazarlıqla aran necedi?

- Daim özüm bazarlıq edirəm. Ya tək, ya da həyat yoldaşımla. Amma əksər hallarda bu işi özüm edirəm. Özü də məhsulu aylıq, həftəlik alıram. Çünki hər gün bu işi görməyə vaxtım çatmaz.

1 kilo şəkər tozu alır, söhbət edə-edə yol alırıq ağartı məhsulları satılan yerə.

 

- Söylədin ki, alış-verişlə aran yaxşıdır. Bəs yemək bişirməklə necə?

 

- (Bir az düşünür) Hə, bişirə bilirəm. Evdə tək olsam hazırlayaram. Amma bu çox nadir hallarda ola bilər.

 

- Ən sevdiyin yemək?

 

- Bütün yeməkləri sevirəm. Xüsusi ilə də plovu. Sevmədiyim yemək yoxdur. Yeməyi sevdiyimə görə, çox kökəlmişdim.

 

- Xeyli arıqlamısan. Pəhrizin davam edir?

 

- Hə. Hələ bir neçə kilo da arıqlayacam. Əvvəl 115 kilo idim, indi 92 olmuşam. İdman, sağlam qida və ən əsası, iradəm sayəsində 23 kilo atdım.

 

Ağartı məhsullar satılan şöbədəyik. Xama alır. Daha sonra pendir almaq istəyir.

 

Satıcıya müraciət edir...

 

- Xanım, duzu az olan pendir var?

 

- Tam duzsuz yoxdur, amma orta duzlu olanı var. İstəyirsinizsə, bir az kəsim, dadına baxın?

 

- Buyurun.

 

Dadına baxdıqdan sonra...

 

- Hə, bundan 200 qram çəkin. Xoşuma gəldi.

 

200 qram pendir götürür.

 

- Buradan xama, pendir aldım. Keçək digər şöbəyə. Yumurta da alım.

 

 

Yumurta da alıb, parfümeriya satılan şöbəyə tərəf gedirik.

 

- Buradan çox şey götürməyəcəm. Ayaqqabı təmizləyən alım. Başqa heç nə.

 

 Ət məhsulları şöbəsindəyik.

 

- Ət alırsan?

 

- Burdan yalnız toyuq əti alacam. Çünki mal, qoyun, ətini bizim evə kəsib gətirirlər.

 

Satıcıdan toyuğun döş ətini soruşur.

 

1 kilo toyuq əti götürüb, yollanırıq şirniyyat almağa.

 

 

- Şirniyyatı o qədər də sevmirəm. Arada çayla içirəm. 1 kilo öz sevdiyim konfetdən alacam.

 

Dediyi kimi də edir. 1 kilo konfet alır.

 

- Buradan 2 litrlik mineral su alıb, alış-verişi yekunlaşdıraq. Düşünürəm ki, evə lazım olanları aldım.

 

Alış-verişi yekunlaşdırıb, kassaya yaxınlaşırıq.

 

 

 


Kassir kassir malları bir-bir hesabladıqca Murad pul kisəsinin ağzını açır.

 

***

 

Beləliklə sonuncu məhsulun qiyməti də monitorda görünür və ödəniləcək toplam məbləğ bəlli olur: 11 manat,  95 qəpik..

 















Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191298

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR