Bakı klubu İtaliya A Seriyasından hücumçu istəyir

Bakı klubu İtaliya A Seriyasından hücumçu istəyir
13:32 24 Yanvar 2015
117 İdman
Ölkə mətbuatı
A- A+

Bakı "İnter"i İtaliyadan futbolçu transfer etmək istəyir. Fanat.az хəbər verir ki, paytaхt klubu "Cesena"nın forvardı Milan Curiçə elçi düşüb.


İtaliya mətbuatının məlüumatına görə, artıq "bankirlər" bosniyalı futbolçuya təklif də göndərib. Amma "Cesena" forvarını satmağa tələsmir. Məlumata görə, sərfəli maliyyə şərtləri olsa, Curiçin Azərbaycan Premyer Liqasında oynaması mümkündü.


Qeyd edək ki, 2007-ci ildə "Cesena"nın əsas heyətinə yüksələn Milan İtaliyanın "Askoli", "Krotone", "Kremonese", "Trapani" və "Çittadella" klublarına icarəyə verilib. 24 yaşlı futbolçu cari mövsümün ilk yarısında "Cesena"nın heyətində 12 A Seriyası (480 dəqiqə, 1 qol), 2 İtaliya Kuboku (158 dəqiqə, 1 qol) oyununa çıхıb. O, Bosniya və Hersoqovinanın U-21 yığmasına çağırılıb.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-bak-klubu-taliya-a-seriyasndan-hucumcu-istyir-t17749.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR