Dəhşətli qəza: 1 ölü, 4 yaralı

Dəhşətli qəza: 1 ölü, 4 yaralı
13:46 24 Yanvar 2015
150 Sosial
Ölkə mətbuatı
A- A+

Goranboy rayonununda dəhşətli qəza baş verib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Qızılhacılı kəndində Saatlı rayon sakini Seyfəddin Mehrəliyevin idarə etdiyi “Opel” və Xocalı rayon sakini Mübariz Əhmədovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.

Yanvarın 22-də saat 17 radələrində baş verən hadisə zamanı 5 nəfər xəsarət alıb. Belə ki, hər iki sücürü və M.Əhmədovun sərnişinləri - Əlövsət Abdullayev, onun arvadı Əzizə və oğlu İntiqam xəstəxanaya yerləşdiriliblər.

Yanvarın 23-də isə Ə.Abdullayeva orada ölüb.

Goranboy RPŞ tərəfindən araşdırma aparılır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=31&nid=321635

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR