Yunanıstanda seçki ərəfəsi səssizlik günü

Yunanıstanda seçki ərəfəsi səssizlik günü
13:48 24 Yanvar 2015
127 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, AzərTAc
Yunanıstanda səssizlik günü başlayıb. Yanvarın 25-ə təyin olunmuş növbədənkənar parlament seçkilərinə bir sutkadan da az vaxt qalır. Bu seçkilər nəinki Yunanıstan, həm də bütün Avropa üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Avropa İttifaqının bütövlüyü kimin hakimiyyətə gəlməsindən asılı olacaq.
AzərTAc Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, sosioloji sorğunun nəticələrinə görə əsas müxalif partiya – SİRİZA (Radikal Sol Qüvvələrin Koalisiyası) liderlik edir. Onlar ölkəyə bir sıra dəyişikliklər - sərt iqtisadi tədbirlərin ləğvini, büdcəni yenidən formalaşdırmağı və dövlət borclarının heç olmasa bir hissəsinin silinməsi üçün kredit təşkilatları ilə danışıqlar aparmağı vəd edirlər.
SİRİZA-nın əsas rəqibi olan hakim “Yeni demokratiya” partiyası isə həyəcan təbili çalır: əgər solçu radikallar hakimiyyətə gələrsə, ölkənin borcu nəinki bağışlanmayacaq, hətta kredit paketlərinin qalan tranşları da verilməyəcək. Bu halda isə Yunanıstanı defolt və avrozonadan labüd kənarlaşdırılma gözləyir.
Buna baxmayaraq, SİRİZA-nın tərəfdarları artmaqda davam edir. Amma onların seçkilərdə qələbəsi belə solçuların nazirlər kabineti yarada biləcəyinə təminat vermir. İlkin hesablamalara görə, partiya parlamentdə mütləq çoxluq qazana bilməyəcək və koalisiya üçün tərəfdaş axtarmaq məcburiyyətində qalacaq. Əgər onlar heç kimlə razılaşa bilməsələr, hökumətin təşkil olunması mandatı sayca ikinci partiyaya keçəcək. Mütəxəssisləri fikrincə isə bu “Yeni demokratiya” partiyası olmalıdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yunanistanda_sechki_erefesi_sessizlik_gunu-827240

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR