Balakəndə narkotik satışı ilə məşğul olan şəxslər tutulub

13:52 24 Yanvar 2015
183 Digər
Ölkə mətbuatı
A- A+

[ 24 Yanvar 2015 13:50 ]


Balakən. Vüqar Heydərov - APA.  Balakən rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan 4 nəfərdən ibarət dəstə tutulub.

 

Balakən rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə,  Balakən RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil edilməsi istiqamətində növbəti  əməliyyat-axtarış tədbiri keçirib. Keçirilmiş tədbir nəticəsində rayonun Gərəkli kənd sakinləri - 1985-ci il təvəllüdlü, Arif  Nizaməddin oğlu Dibirov, 1986-cı il təvəllüdlü, Elçin Qəhraman oğlu Cınıxov, rayonun Sarıbulaq kənd sakinləri 1993-cü il təvəllüdlü Kamandar  Fikrət oğlu Baradov və 1994-cü il təvəllüdlü, Musa Rauf oğlu Dibirov Gərəkli kəndi ərazisində narkotik vasitə hesab olunan 971, 32 qram qurudulmuş marixuananı İlqar Sabir oğlu Atayevə 850 AZN-ə satarkən yaxalanıblar. Aparılan ilkin istintaq zamanı məlum olub ki,  saxlanılanlardan Arif  Dibirov 2014-cü ilin iyul ayında yaşadığı evin həyətyanı sahəsində 4 ədəd çətənə kolu əkib və  kultivasiya etdiyi kollardan 986,5 qram çəkidə qurudulmuş marixuana əldə edib. 23 yanvar 2015-ci il tarixində Arif  Dibirov   Elçin  Cınıxov,  Kamandar   Baradov  və  Musa  Dibirovla bir araya gələrək narkotik vasitəni Gərəkli kəndi ərazisində satmaq qərarına gəliblər. Arif  Dibirovun yaşadığı evə baxış zamanı oradan 15, 18 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, Arif  Dibirov, Elçin  Cınıxov, Kamandar   Baradov və Musa  Dibirov barəsində Balakən rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR