AIBA azərbaycanlı mütəxəssisə böyük etimad göstərdi

AIBA azərbaycanlı mütəxəssisə böyük etimad göstərdi
16:28 26 Dekabr 2014
138 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti, Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) İcraiyyə Komitəsinin üzvü Süleyman Mikayılova beynəlxalq federasiya böyük etimad göstərib.

Trend ABF-yə istinadən məlumat verir ki, həmyerlimiz bundan sonra AIBA büro üzvü kimi də faəliyyət göstərəcək. Beynəlxalq təşkilatın ən ali qurumu hesab olunan büroda 4 nəfər təmsil olunur. Bunlar Avropa Boks Federasiyasının prezidenti Franko Falçinelli, AIBA-nın vitse-prezidenti Kelani Bayor, AIBA İcraiyyə Komitəsinin üzvü Pet Flakko və S.Mikayılovdur. Büro üzvləri 4 il müddətinə seçiliblər. Büro dünya boksunda ən vacib məsələləri müzakirə edərək, İcraiyyə Komitəsinin gündəliyinə çıxarır.

Bununla bağlı AIBA prezidenti Çinq Ko Vunun ABF-in vitse-prezidentinə göndərdiyi məktubda deyilir: “Boksun inkişafında göstərdiyiniz xidmətə görə sizin bu qurumda fəaliyyət göstərməyiniz məqbul sayıldı. Əminəm ki, işinizin öhdəsindən uğurla gələrək, bu idman növünün tərəqqisi üçün əlinizdən gələni edəcəksiniz”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2348052.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR