Bu il “Elektron-hökumət” quruculuğu istiqamətində bir sıra sosial layihələrin həyata keçirilməsi planlaşdırılır

Bu il “Elektron-hökumət” quruculuğu istiqamətində bir sıra sosial layihələrin həyata keçirilməsi planlaşdırılır
14:08 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, AzərTAc
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən 2015-ci ildə “Elektron-hökumət” quruculuğu istiqamətində bir sıra sosial layihələrin həyata keçirilməsi planlaşdırılır.
Bu barədə AzərTAc-a mərkəzin direktoru Nail Mərdanov məlumat verib.
N.Mərdanovun sözlərinə görə, bu cür tədbirlər cəmiyyətin elektron vasitələrdən istifadəsini artıraraq rəqəmsallaşma prosesini sürətləndirir. Elektron xidmətlərin, eləcə də elektron sənəd mübadiləsinin mahiyyəti aydınlaşdıqca onlara tələbat da artır. Elektronlaşmaya tələbatın çoxalması “Elektron hökumət” quruculuğu istiqamətində görülən işlərin keyfiyyətini artırır, onun tətbiq sahəsini genişləndirir. Ötən il həyata keçirilmiş və bu il üçün nəzərdə tutulan təbliğat-təşviqat kampaniyaları, maarifləndirici və sosial yönümlü tədbirlər “Elektron hökumət” infrastrukturunun daha da inkişafına və populyarlaşmasına xidmət edəcək. Cari ildə “E-hökumət” portalı və e-imzanın populyarlığının artırılması məqsədilə KİV-lərlə sıx əməkdaşlıq edilməsi planlaşdırılır. Həmçinin, “Mənim elektron-hökumətim” tipli məqalə və video-süjet müsabiqələrinin davamlı təşkili də nəzərdə tutulur.
Qeyd olunub ki, 2014-cü il “E-hökumət” quruculuğu üzrə məhsuldar il olub. Ötən il ərzində dövlət qurumlarının həm öz internet səhifələrində, həm də “Elektron hökumət” portalında təqdim etdikləri elektron xidmətlərin sayı xeyli artıb, elektron sənəd dövriyyəsinin tətbiqi istiqamətində real addımlar atılıb. Görülən tədbirlər nəticəsində e-imzaya da maraq artıb və hazırda e-imza sertifikatlarından faydalananların sayı 27 min 536-dır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bu_il_Elektron_hokumet_quruculugu_istiqametinde_bir_sira_sosial_layihelerin_heyata_kechirilmesi_planlasdirilir-827244

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR