Ukrayna prezidentinin köməkçisi Donetsk aeroportundakı son döyüş barədə məlumat verib və fotolar yayıb

14:12 24 Yanvar 2015
93 Dünya
Ölkə mətbuatı
A- A+

[ 24 Yanvar 2015 14:10 ]

Bakı – APA. Ukrayna qüvvələri Donetsk hava limanı ərazisinin bir hissəsini və aeroporta bitişik Peski kəndini nəzarətdə saxlayır.

APA-nın “112.ua” telekanalının saytına istinadən verdiyi məlumata görə, bunu “Dnepr” alayının komandiri, Ali Radanın deputatı Yuri Beryoza bildirib. “Donetsk aeroportunun bir hissəsi Ukraynanın nəzarətində idi və belə də qalır. Peski tam şəkildə Ukrayna ordusunun, o cümlədən “Dnepr” alayının nəzarətindədir. Hələlik vəziyyətdə dəyişiklik yoxdur, son sutka çox təəccüblü şəkildə sakit keçib. Biz qüvvələrimizi qruplaşdıraraq əlavə qüvvələr və döyüş sursatı gətirmişik”, - deyə o, söyləyib.  

 

Prezidentin müşaviri, ordunun təminatına və təchizatına yardımçı olan tanınmış volontyor Yuri Biryukov isə özünün “Facebook” səhifəsində Donetsk aeroportunda bir gün əvvəl baş vermiş son toqquşma barədə məlumat verib və hadisə yerindən çəkilmiş fotolar yerləşdirib. O bildirib ki, separatçılar və Rusiya əsgərlərindən ibarət şəxsi heyətlə dolu 2 yük avtomobili zirehli texnikanın müşayiəti ilə aeroporta daxil olmağa çalışıb. Lakin Ukrayna artilleriyasının zərbələri nəticəsində hər iki avtomobil, eləcə də zirehli texnika vurulub, nəticədə 20-dən çox separatçı və Rusiya əsgəri öldürülüb, bəziləri əsir götürülüb.

 

Qeyd edək ki, Donetsk aeroportundakı terminal binaları və digər tikililər, eləcə də uçuş-enmə zolağı uzunmüddətli döyüşlər və bombardmanlar nəticəsində tam xarabalığa çevrilib. Ukrayna əsgərləri dağılan və çökən “yeni terminal” binasını bir neçə gün əvvəl tərk ediblər. Hazırda hava limanı ərazisinə tərəflərdən heç biri tam nəzarət etmir.

 

Xatırladaq ki, Sergey Prokofyev adına Donetsk aeroportu 2012-ci ildə keçirilən futbol üzrə Avropa çempionatı ərəfəsində rekonstruksiya edilib. Rekonstruksiya işləri 875 milyon dollara başa gəlib. Hazırda bu aeroportun yalnız ərazisi qalıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370263

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR