Prezident İlham Əliyev Hindistanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

14:13 24 Yanvar 2015
86 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, AzərTAc
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vinod Kumarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Görüşdə Azərbaycan ilə Hindistan arasında ikitərəfli əlaqələrin ötən dövr ərzində uğurla inkişaf etdiyini vurğulandı, əməkdaşlığımızın iqtisadi, biznes və digər sahələrdə genişləndirilməsi üçün qarşılıqlı marağın olduğu bildirildi, ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə edildi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR