Türkiyədə xeyriyyəçi iş adamları mükafatlandırılıb

16:32 26 Dekabr 2014
82 Dünya
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 16:27 ]

İstanbul. Mayis Əlizadə - APA. 2014-cü ildəki xeyriyyəçilik fəaliyyətlərinə görə Türkiyənin bir qrup iş adamına İstanbulda “Könül zənginləri” mükafatları verilib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, “Kapital” jurnalının keçirdiyi rəy sorğusuna əsasən müəyyənləşdirilən 15 iş adamı arasında 1993-cü ildən bəri Azərbaycanın neft sənayesinə önəmli miqdarda investisiyalar qoyan “TEKFEN Holding” İdarə Heyətinin fəxri sədri Nihat Gökyiğit də var.

 

Mərasimdə çıxış edən Türkiyənin qocaman iş adamları Nihat Gökyiğit və Hüsnü Özyeğin bəzi düşüncələrini bölüşüblər.

 

Tədbirdən sonra APA-nın “Azərbaycandakı fəaliyyətiniz davam edirmi?”- sualına N. Gökyiğit belə cavab verib: “Azərbaycandakı fəaliyyətimiz təbii ki, davam edir. Biz Azərbaycandan ayrılmarıq, Azərbaycandan da bizdən ayrılmaz. Çünki biz, mərhum prezident Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlətik”.

 

2014-cü ilin 15 xeyriyyəçisini müəyyənləşdirmək üçün keçirilmiş ictimai rəy sorğusunun ilk siyahısında 57 nəfərin adı olub. Ələmələr nəticəsində siyahıda 15 nəfərin adı qalıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR