Azərbaycan prezidenti Qətər səfirinin etimadnaməsini qəbul edib

14:17 24 Yanvar 2015
109 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 24 Yanvar 2015 14:13 ]


Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev bu gün Qətər Dövlətinin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidənin etimadnaməsini qəbul edib.

 

APA-nın xəbərinə görə, səfir fəxri qarovul dəstəsinin qarşısından keçib. Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidə etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

 

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

 

Diplomat Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Taninin salamlarını dövlət başçısına çatdırıb. Azərbaycanda diplomatik fəaliyyətə başlamasından qürur hissi keçirdiyini deyən səfir iki ölkə arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini vurğulayıb.

 

Prezident İlham Əliyev Azərbaycan ilə Qətər arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsinin önəmini qeyd edib. Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Tani ilə ötənilki görüşünü və ikitərəfli əməkdaşlıq məsələlərinə dair aparılan səmərəli müzakirələri məmnunluqla xatırlayan Prezident İlham Əliyev münasibətlərin möhkəmləndirilməsində yüksək səviyyəli görüşlərin əhəmiyyətini vurğulayıb.

 

Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyən dövlət başçısı əməkdaşlığımızın iqtisadi, turizm, birgə investisiya qoyuluşu və digər sahələrdə genişləndirilməsi üçün də yaxşı imkanların mövcudluğunu bildirib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370264

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR