Kutsi ilə Vilma Elles bir arada

Kutsi ilə Vilma Elles bir arada
14:21 24 Yanvar 2015
123 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Kutsinin rol aldığı ilk film "Zəngin səsi" yaxın zamanlarda nümayiş olunacaq.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, aktyor ekran işində baş rolu "Öyle bir geçer zaman ki" (“Zaman elə keçir ki”) serialıyla məşhurlaşan aktrisa Vilma Elleslə paylaşıb. Kutsi filmdə Tarkan adlı fizika müəllimini canlandırıb. Müğənni təəssüratlarını bölüşüb:

"İlk filmim olduğu üçün çox həyəcanlıyam. “Zəngin səsi" bu yaxınlarda nümayiş olunacaq. Mən də maraqla gözləyirəm".

Qeyd edək ki, “Zəngin səsi”ndə Kamal Quruçay, Ayxan Kavas, Əsin Gündoğdu, Hakan Salınmış, Mərvə Ərdoğan kimi aktyor və aktrisalar da yer alıblar. Filmin rejissoru Levent Demirkaledir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25509

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR