Kral öldü, kraliça lider oldu

Kral öldü, kraliça lider oldu
14:21 24 Yanvar 2015
282 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı kralı Abdullahın ölümündən sonra dünyanın ən yaşlı lideri ünvanı dəyişib. ANS PRESS-in məlumatına görə, Abdullahdan sonra ən yaşlı ölkə rəhbəri Böyük Britaniya kraliçası II Yelizavetta olub.

88 yaşlı Yelizavetta atası Kral 6-cı Corcun ölümündən sonra taxta çıxıb. O, 1952-ci ildən bu yana İngiltərəyə rəhbərlik edir.

İngiltərə kraliçasını 87 yaşlı Malayziya kralı Sultan Əbdülhalim və Tayland kralı Bhumibol Adulyadej izləyir. Onların arasında bir yaş fərq var.

Yelizavetta İngiltərə kral ailəsinin son min ildə kraliça Viktoriyadan sonra taxtda ən uzun müddət qalan simadır.
Əgər bu ilin sentyabr ayına kimi vəzifəsində qalsa İngiltərə tarixinin taxtda ən uzun qalan kraliçası kimi tarixə düşəcək.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR