Prezident bir neçə ölkənin səfirini qəbul etdi

Prezident bir neçə ölkənin səfirini qəbul etdi
14:24 24 Yanvar 2015
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev bu gün bir neçə ölkənin səfirini qəbul edib.  Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, prezident Qətərin ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidənin etimadnaməsini qəbul edib.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçib.Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidə etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. İlham Əliyev səfirlə söhbət edib.

Diplomat Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Taninin salamlarını dövlət başçısına çatdırıb. Azərbaycanda diplomatik fəaliyyətə başlamasından qürur hissi keçirdiyini deyən səfir ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Dövlət başçısı Azərbaycan ilə Qətər arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsinin önəmini qeyd edib. Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Tani ilə ötən ilki görüşünü və ikitərəfli əməkdaşlıq məsələlərinə dair aparılan səmərəli müzakirələri məmnunluqla xatırlayan Prezident İlham Əliyev münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli görüşlərin əhəmiyyətini vurğulayıb. Ölkələr arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyən dövlət başçısı əməkdaşlığın iqtisadi, turizm, birgə investisiya qoyuluşu və digər sahələrdə genişləndirilməsi üçün də yaxşı imkanların mövcudluğunu bildirib. İlham Əliyev Əlahəzrət şeyx Təmim bin Həməd Al Taninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qətər Dövlətinin başçısına çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev həmçinin Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vinod Kumarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.  Görüşdə Azərbaycan ilə Hindistan arasında ikitərəfli əlaqələrin ötən dövr ərzində uğurla inkişaf etdiyini vurğulayıb, əməkdaşlığın iqtisadi, biznes və digər sahələrdə genişləndirilməsi üçün qarşılıqlı marağın olduğu bildirilib, ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə edilib.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191360

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR