“12 minə toya gedirəm deyən yalan söyləyir”

“12 minə toya gedirəm deyən yalan söyləyir”
14:26 24 Yanvar 2015
134 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Əli Mirəliyev müasir dövrümüzdəki toy adətlərindən şikayətlənib.

Axşam.az-ın məlumatına görə, “Günaydın” verilişinin qonağı olan sənətçi məclis mahnılarının efirə gətirilməsini tənqid edib:

“Dədə-baba toylarımızda bizim başımızın üstündə “Bismillah”la üzərlik yandırırdılar. Adımıza xörək bişirib, ayağımızın altında qoyun kəsirdilər. Bu, bizim yaratdığımız hörmət idi. İndi toylarda “Yanıq Kərəm”i oynayırlar. Heç o mahnını ifa edəndə sazı göydə atıb-tutarlar? Oxumaq başqadır, oynamaq başqa. Mahnını qışqıra-qışqıra ifa edirlər. Toyxana mahnılarını efirə gətirməyin. Bizim kimilər bunlara nəzarət edir. Ona görə də, hamınız öz payınızı alacaqsınız”.

Ə.Mirəliyev toy qiymətindən də danışıb:

“Kim deyirsə, 12 minə toya gedir, yalan söyləyir. Hamısı acından ölür. Ola bilər ki, ildə cəmi bir dəfə 8-9 min manata gedir. Mən toya 1000-1200 manata gedirəm. Amma cavanlığımda toy yiyəsinə hər hansı bir qiymət deməmişəm ki, indi də söyləyim”. Qeyd edək ki, “Günaydın” verilişi həftə içi hər gün saat 14:20-də “Space” kanalında yayımlanır.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25510

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR