Erməni deputatlar AŞPA-dan imtina etdi

Erməni deputatlar AŞPA-dan imtina etdi
14:26 24 Yanvar 2015
120 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti dağılıb. Buna səbəb bəzi deputatların bu heyətin tərkibində olmasından imtina etməsi olub.

ANS PRESS-in məlumatına görə, Ermənistanın parlamentindən "Çiçəklənən Ermənistan" Partiyasından olan deputat, AŞPA nümayəndə heyətinin üzvü Naira Zoqrabyan təşkilatın Strasburqda keçiriləcək növbəti sessiyanın işində iştirakdan imtina edib. O,imtinanın səbəbinin şəxsi xarakter daşıdığını bildirsə də, amma mətbuat bunun heç də belə olmadığını yazıb.

Belə ki, yanvarın 26-30-da Strasburqda keçiriləcək növbəti iclasad Ermənistanı ciddi təzyiqlər gözləyir. Ölkədəki ictimai-siyasi vəziyyətin ürəkaçan olmadığını, Ermənistanın Rusiya ilə münasibətlərinin Qərbdə yaxşı qarşılanmadığını, eləcə də AŞPA-da götürülən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hesabatın kəskin reaksiyalar yaradacağını nəzərə alan deputat uzaqgörənlik edərək bu addımı atır.

Nümayəndə heyətinin tərkibindən çıxmağa qərar verən digər deputat, "Çiçəklənən Ermənistan" fraksiyasının üzvü Vaqe Ovannisyan jurnalistlərin suallarına cavab verməkdən imtina edib.

"Joxovurd" qəzeti daha əvvəl yazmışdı ki, Ermənistan parlamentəki fraksiyanın nümayəndələri, deputatlar Naira Zoqrabyan, Vaqe Ovannisyan və Levon Zurabyan AŞPA-nın qış sessiyasına qatılmayacaq. Parlament üzvləri sağlamlıqlarında problemlərlə əlaqədar Strasburqa gedə bilməyəcəklərini bəhanə gətirmişdilər.

Onlar indiki hakimiyyətə müxalifət olan "Çiçəklənən Ermənistan" Partiyasından seçilmiş qərbpərəst deputatlar sayılırlar.

Ümumiyyətlə, AŞPA-da erməni nümayəndə heyətinin tərkibinə parlamentin vitse-spikeri Ermine Naqdalyan, "Respublika" fraksiyasının üzvləri Arpine Ovannisyan və Naira Karapetyan, "Orinas yerkir" fraksiyasının katibi Mqer Şaxqeldyan və "Daşnaksutyun" fraksiyasının rəhbəri Armen Rustamyan daxildir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=321641

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR