Ördək ovu baha başa gəldi

Ördək ovu baha başa gəldi
14:31 24 Yanvar 2015
158 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda qanunsuz ov edənlər saxlanılıb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Saatlı rayon Polis Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində qanunsuz ov etdikləri üçün Saatlı şəhər sakini Ülkər Qarayev və Nərimankənd kənd sakini Zahid Novruzov saxlanılıblar.

Ü.Qarayevin “Niva” markalı avtomobilinə baxış zamanı müvaviq sənədləri olmayan 2 ədəd “İJ” markalı ov tüfəngləri, 5 patron, 23 ədəd ovlanmış ördək və digər ləvazimatlar aşkar edilərək götürülüb.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR