Samir Piriyev ad gününü təyyarədə qeyd edib

Samir Piriyev ad gününü təyyarədə qeyd edib
14:41 24 Yanvar 2015
943 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün müğənni Samir Piriyevin ad günüdür.

Axşam.az-ın məlumatına görə, sənətçi doğum gününü həyat yoldaşı ilə birlikdə təyyarədə qarşılayıb.

Uzun müddətdir Türkiyədə olan, bu gün Bakıya qayıdan ifaçı təəssüratlarını bizimlə bölüşüb:

“İlk təbriki həyat yoldaşımdan aldım. Daha sonra hava limanına enəndə prodüserim Anar Mədətov təbrik etdi. Ən böyük hədiyyəm övladlarımı görmək oldu. Türkiyədə olduğum üçün onları görmürdüm, darıxmışdım. Gecə uşaqlarıma qovuşdum. Mənim üçün bundan böyük hədiyyə ola bilməzdi”.

S.Piriyev İstanbul səfərinin səbəbini də açıqlayıb:
“Həm dincəlməyə, həm də işlərimlə bağlı getmişdim. Həyat yoldaşım mənim üçün bir klip də çəkdi. Yaxın günlərdə təqdimat keçirəcəm”.

Qeyd edək ki, S.Piriyevin üç övladı var.







Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25511

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR