"Qarabağ" çətin sınaq qarşısında

"Qarabağ" çətin sınaq qarşısında
14:51 24 Yanvar 2015
131 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün üçüncü yoxlama oyununa çıxacaq.

ANS PRESS-in məlumatına görə, Ağdam təmsilçisi bugün Bolqarıstan təmsilçisi "Levski" ilə qarşılaşacaq. Saat 19:30-da start götürəcək qarşılaşma "İC Santai" hotelinə məxsus futbol meydançasında baş tutacaq.

Həmin oyuna Youtube kanalından canlı baxmaq mümkün olacaq.

Qeyd edək ki, "Qarabağ" bundan öncə iki yoхlama oyununu keçirib. Klub ilk oyunda Xorvatiya klubu ilə qarşılaşıb. "Qarabağ" - "RNK Split" matçı xorvatların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"ın yeganə qoluna Namiq Ələsgərov imza atıb.

Digər yoxlama oyununda isə Ağdamlılar İsveçrə təmsilçisi "Surix" ilə qarşılaşıb. Bu oyunda Qurban Qurbanovun komandası heç-heçə edib. Hərəyə 1 dəfə fərqlənən tərəflər meydandan 1:1 hesablı bərabərliklə ayrılıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=321651

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR