Özbəkistan Senatının yeni sədri və sədr müavinləri seçilib

14:58 24 Yanvar 2015
90 Dünya
Ölkə mətbuatı
A- A+


Daşkənd, 24 yanvar, AzərTAc
Özbəkistan parlamentinin yuxarı palatası - Senata yeni seçkilərdən sonra qurumun ilk iclası keçirilib.
İclasda Özbəkistan Prezidenti İslam Kərimov da iştirak edib.
Dövlət başçısı Senatın yeni üzvlərini təbrik edib, onlara uğurlar arzulayıb.
Bildirilib ki, yanvar ayının ortalarında yenidən formalaşdırılan Senata Qaraqalpaqstan Respublikası, 12 vilayət, həmçinin Daşkənd şəhəri üzrə hər subyektdən bərabər sayda 6 senator gizli səsvermə yolu ilə seçilib.
İclasda təşkilati məsələlərə baxılıb, gizli səsvermə yolu ilə Niqmatulla Yuldaşev Senatın yeni sədri seçilib. Svetlana Artıkova və qanunvericiliyə uyğun olaraq Qaraqalpaqstan Respublikası parlamentinin sədri Musa Erniyazov sədrin müavinləri vəzifələrini tutublar.

Qulu Kəngərli
AzərTAc-ın xüsusi müxbiri
Daşkənd

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR