Ötən il ərzində vergi orqanlarına 103 min 196 müraciət daxil olub

Ötən il ərzində vergi orqanlarına 103 min 196 müraciət daxil olub
15:03 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, AzərTAc
2014-cü il ərzində vergi orqanlarına 103 min 196 müraciət daxil olub ki, onlardan da 98,2 faizi ərizə, 1,6 faizi şikayət, 154-ü təklifdir.
Vergilər Nazirliyindən AzərTAc-a bildiriblər ki, müraciətlərin 33,5 faizi kameral vergi yoxlamaları, 30,8 faizi müxtəlif arayışların alınması, 14,9 faizi səyyar vergi yoxlamaları, 5,6 vergi borcları, 1,1 faizi operativ vergi nəzarəti, 0,3 faizi vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,1 faizi korrupsiya hüquqpozmaları, 13,7 faizi isə digər məsələlərlə bağlı olub. Ümumilikdə müraciətlərin 75,4 faizi müsbət həll edilib, 14,9 faizi üzrə müvafiq izahatlar verilib, 5,7 faizi əsassız sayılıb.
Hesabat dövründə vergi orqanlarına daxil olmuş 1647 şikayətdən 441-i eyni, 186-sı təkrardır, yəni şikayətlərin faktiki sayı 1020-ə çatıb. Şikayətlərin 34 faizi kameral vergi yoxlaması, 21,3 faizi operativ vergi nəzarəti, 17,8 faizi vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 17 faizi səyyar vergi yoxlamaları, 7 faizi korrupsiya hüquqpozmaları, 2,9 faizi isə digər sahələrlə əlaqəlidir.
Baxılmış şikayətlərin 36,7 faizi əsassız sayılıb, 36,6 faizi üzrə müvafiq izahatlar verilib, 15,5 faizi müsbət həll olunub.
İcra intizamına nəzarətin gücləndirilməsi nəticəsində icra müddəti gecikdirilən müraciətlərin sayı əvvəlki ilə nisbətən nəzərəçarpacaq dərəcədə azalaraq 0,08 faiz təşkil edib, şikayətlər üzrə gecikdirilmə hallarına yol verilməyib.
2014-cü il ərzində nazirliyin aparatının müvafiq struktur bölmələrinin rəhbərləri və ya digər vəzifəli şəxsləri tərəfindən 1100 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində köməklik göstərilib və ya izahatlar verilib.
Hesabat dövründə vergilər naziri tərəfindən Mingəçevir, Sabirabad, Göyçay, Xaçmaz, Zaqatala, Salyan, Kürdəmir və Xırdalan şəhərlərində ümumilikdə 325 nəfər vətəndaş qəbul edilib. Onların müraciətlərindən 61-i hesablanmış verginin (tətbiq edilmiş maliyyə sanksiyasının) ləğvinə və ya ümidsiz borcların silinməsinə köməklik göstərilməsi, 50-si işə qəbul (və ya bərpa) edilməsinə, yaxud iş yerinin dəyişdirilməsinə köməklik göstərilməsi, 31-i maddi yardım edilməsi, 25-i güzəştli şərtlərlə kredit alınmasına köməklik göstərilməsi, 21-i vergi qanunvericiliyi və inzibatçılığının izah olunması və ya onda müvafiq dəyişikliklərin edilməsi, 12-si vergi nəzarəti tədbirləri, 10-u sosial sığorta ödənişləri, 115-i isə digər məsələlərlə bağlı olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_il_erzinde_vergi_orqanlarina_103_min_196_muraciet_daxil_olub-827270

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR