İcra Hakimiyyətinin qarşısında qadın özünü yandırmaq istədi

İcra Hakimiyyətinin qarşısında qadın özünü yandırmaq istədi
15:05 24 Yanvar 2015
146 Digər
Ölkə mətbuatı
A- A+

Dünən İmişlidə rayonun Meliorator qəsəbəsində yaşayan qadın şüşə qaba benzin tökərək İH binasının qarşısına gəlib və özünü yandırmaq istəyərkən polislər tərəfindən zərərsizləşdirilib. Mühafizə xidmətində çalışan polis əməkdaşları qadının niyyətini anlayaraq vaxtında müdaxilə edərək faciənin qarşısını alıblar.

İH binasının qarşısında intihar etmək istəyən qadının bu addımı hansı səbəbdən atmaq istədiyi barədə hələlik məlumat yoxdur.

Qey edək ki, musavat.com xəbər vermişd ki, bazar ertəsi İmişli şəhərinin Talalaltı məhəlləsində yaşayan və hazırda işsiz olan Nazim Qardaşov özünü İcra Hakimiyyətinin akt zalında yandırmaq istəyib və az qala İH başçısı Vilyam Hacıyevin, eləcə də yaxınlıqdakı polis əməkdaşlarının od tutub alışmasına səbəb olacaqmış.

Nazim Qardaşov hazırda müvəqqəti saxlama kamerasında saxlanılır. Ona 15 sutka inzibati həbs cəzası verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/320784.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR