Qulu Məhərrəmlinin 60 illik yubileyi ilə bağlı toplantı keçirilib

Qulu Məhərrəmlinin 60 illik yubileyi ilə bağlı toplantı keçirilib
16:42 26 Dekabr 2014
92 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 16:40 ]

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Mətbuat Şurasında tanınmış jurnalist, professor Qulu Məhərrəmlinin anadan olmasının 60 illiyi ilə bağlı toplantı keçirilib.
 

Şuradan APA-ya verilən məlumata görə, toplantını giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq bildirib ki, Qulu Məhərrəmli müasir jurnalistikamızda, xüsusən də televiziya sənətində özünəməxsus dəst-xəttilə seçilir. Daha sonra Ə.Amaşov yubilyar jurnalisti rəhbərlik etdiyi qurumun diplomu ilə təltif edib.

 

MŞ İdarə Heyətinin üzvləri - “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, MŞ sədrinin müavini Umud Rəhimoğlu və başqaları yubilyarın yaradıcılıq yolundan söz açaraq, onu təkcə istedadlı jurnalist deyil, eyni zamanda ekran-efirin və bütövlükdə jurnalistikanın elmi-nəzəri problemlərinin öyrənilməsi istiqamətində fəaliyyət göstərən dəyərli elm xadimi kimi xarakterizə ediblər.
 

Sonda çıxış edən Q.Məhərrəmli göstərilən diqqətə və əməyinə verilən qiymətə görə həmkarlarına təşəkkürü bildirib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367399

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR