Polisə hücum edildi (VİDEO)

Polisə hücum edildi (VİDEO)
15:16 24 Yanvar 2015
108 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin İstanbul şəhərində hökumətə qarşı keçirilən etiraz aksiyası sonda polislə qarşıdurmalara səbəb olub.

ANS TV-nin məlumatına görə, bir qrup fəal Gəzi Parkı hadisələri zamanı ölən Berkin Əlvan adlı yeniyetmənin başından vurulduğu küçədə toplaşaraq nəqliyyatın hərəkətinə mane olmağa çalışıb. Polisin aksiyaya müdaxiləsi isə, qarşı tərəflərə toqquşmalara gətirib çıxarıb.

Etirazçılar daş və küt maddələrlə polisə hücum ediblər. Polis gözyaşardıcı qazlarla aksiyanı dağıtmağa çalışıb. Qarşıdurmalar zamanı bir neçə azyaşlı qazın təsirindən xəsarət alıb.

Xatırladaq ki, Bərkin Əlvan 2014-cü ilin mart ayında polisin atdığı gözyaşardıcı qaz kanstrının başına tuş gəlməsi ilə uzun müddət komada qaldıqdan sonra dünyasını dəyib. Hadisə Türkiyədə qarşıdurmaları daha da şiddətləndirmişdi.

Mənbə
ANS TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321622

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR