BMT: 1,5 milyondan çox ukraynalı öz evlərini tərk etmək məcburiyyətində qalıb

BMT: 1,5 milyondan çox ukraynalı öz evlərini tərk etmək məcburiyyətində qalıb
15:43 24 Yanvar 2015
133 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, AzərTAc
BMT-nin humanitar məsələlərin koordinasiyası üzrə idarəsinin məruzəsində Ukraynada məcburi köçkün dalğasının kəskin artığı qeyd olunur. Belə ki, məcburi köçkünlərin sayı təxminən 1 milyon nəfərə çatıb, 600 min nəfər isə qaçqın vəziyyətinə düşüb.
AzərTAc Vesti.ru saytına istinadla xəbər verir ki, yanvarın 21-dək Ukrayna sosial inkişaf nazirliyi 921 640 nəfər məcburi köçkünü qeydiyyatdan keçirib. Ukraynadan əsasən Rusiya Federasiyası olmaqla digər ölkələrə gedən qaçqınların sayının isə 600 min nəfərə çatdığı bildirilir.
Məruzədə, həmçinin qeyd edilir ki, ölkənin şərqində yenidən alovlanan hərbi əməliyyatlar məcburi köçkünlərin çoxalmasına, mülki şəxslər arasında tələfata, infrastrukturun dağıdılmasına və humanitar yardıma ehtiyacı olanların sayının artmasına gətirib çıxarıb.
BMT-nin məlumatına görə, Ukraynanın şərqində keçən ilin aprel ayından başlamış silahlı toqquşmaların qurbanlarının sayı 5086 nəfərə çatıb. Yanvarın 13-dən 21-ə qədər isə yenidən başlayan hərbi əməliyyatlar nəticəsində aralarında 7 uşağın da olduğu 262 nəfər həyatını itirib, 380 nəfər yaralanıb.
Ukrinform informasiya agentliyinin məlumatına görə, yanvarın 24-də səhər saatlarında Mariopol şəhərinin separatçılar tərəfindən atəşə tutulması nəticəsində 10 nəfər həlak olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BMT_15_milyondan_chox_ukraynali_oz_evlerini_terk_etmek_mecburiyyetinde_qalib-827280

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR