Milli ilə bağlı yeni qərar

Milli ilə bağlı yeni qərar
15:46 24 Yanvar 2015
93 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisi ilə bağlı yeni qərar verilib.

ANS PRESS-in AFFA-ya istinadla verdiyi məlumata görə, Avro-2016-nın seçmə mərhələsində martın 28-də Azərbaycan və Malta milli komandaları arasında qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qeyd edək ki, bu oyunun əvvəlcə “Bakcell Arena”da keçirilməsi nəzərdə tutulmuşdu. Lakin eyni gündə Bakıda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund qarşılaşmaları da keçiriləcəyi nəzərə alınaraq, AFFA millinin oyununun digər stadionda təşkili ilə bağlı UEFA-ya müraciət ünvanlamışdı.

Artıq Avropa futbol qurumu bu müraciəti müsbət cavablandırıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=321657

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR