Milli komandamız mərkəzi arenada

Milli komandamız mərkəzi arenada
15:47 24 Yanvar 2015
131 İdman
Ölkə mətbuatı
A- A+

AVRO-2016-nın seçmə mərhələsində martın 28-də Azərbaycan və Malta milli komandaları arasında qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 

Fanat.az xəbər verir ki, bu oyunun əvvəlcə “Bakcell Arena”da keçirilməsi nəzərdə tutulmuşdu. Lakin eyni gündə Bakıda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund qarşılaşmaları da keçiriləcəyi nəzərə alınaraq, AFFA millinin oyununun digər stadionda təşkili ilə bağlı UEFA-ya müraciət ünvanlamışdı. Artıq Avropa futbol qurumu bu müraciəti müsbət cavablandırıb. 


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-milli-komandamz-mrkzi-arenada-t17758.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR