Sığınacaq alsınlar deyə "Quranı" yandırdılar

Sığınacaq alsınlar deyə "Quranı" yandırdılar
15:54 24 Yanvar 2015
122 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə “Qurani-Kərim”i yandırılıb. Lent.az-ın milliyyet.com.tr-yə istinadən məlumatına görə, Manisa şəhərində məscidin qarşısında biri kişi olmaqla, 3 nəfər “Qurani-Kərim”i yandırıb. Hər üç şəxsin İran İslam Respublikasının vətəndaşı olduğu bildirilib. Həmin bu hərəkət ətrafda olan şəxslərinin qəzəblərinə tuş gəlib. Bundan sonra həmin şəxslərlə vətəndaşlar arasında dava düşüb. Polisin hadisəyə müdaxiləsindən sonra onları ayırmaq mümkün olub. Hər 3 iranlı həbs olunub. Onlar bunu Avropada sığınacaq almaq üçün elədikləri bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.



 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR