Dilqəmin vəziyyəti pisləşib (VİDEO)

Dilqəmin vəziyyəti pisləşib (VİDEO)
16:06 24 Yanvar 2015
187 Ölkə
Ölkə mətbuatı
A- A+

Kəlbəcər rayonunda girov götürülən azərbaycanlı Dilqəm Əsgərov ailəsinə məktub göndərib.

ANS TV-nin məlumatına görə, bu barədə Dilqəm Əsgərovun qardaşı Sahib Musayev deyib. O, qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə göndərilən məktub artıq ailəyə çatdırılıb.

Məktubda yazılana görə, Dilqəm Əsgərovu müayinə etmək üçün Gürcüstandan həkimlər dəvət edilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov, mətbuat konfransında Dilqəm Əsgərovun taleyi barədə danışmışdı. O, Ermənistanla əlaqə saxlayıb bu məsələni müzakirə edəcəklərini söyləmişdi.

Mənbə
ANS TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=321665

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR