Qərar dəyişdi: Millinin oyunu Respublika stadionunda keçiriləcək

Qərar dəyişdi: Millinin oyunu Respublika stadionunda keçiriləcək
16:09 24 Yanvar 2015
127 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Malta milli komandaları arasında qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Avro-2016-nın seçmə mərhələsində ilk dəfə yığmamız bu arenada çıxış edəcək.

 

Qarşılaşma martın 28-də baş tutacaq. Düzdü, bu oyunun əvvəlcə “Bakcell Arena”da keçirilməsi nəzərdə tutulmuşdu. Lakin eyni gündə Bakıda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund qarşılaşmalarının keçiriləcəyi də nəzərə alınıb.

 

Buna görə də AFFA millinin oyununun digər stadionda təşkili ilə bağlı UEFA-ya müraciət ünvanlamışdı. Artıq Avropa futbol qurumu bu müraciəti müsbət cavablandırıb. 

 

Qeyd edək ki, yığmamız Bolqarıstan və Norveçlə ev oyunlarını “Bakcell Arena”da keçirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191365

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR