Bakının “Neftçi” komandası Rumıniyanın “Petrolul” kollektivinə qalib gəlib

Bakının “Neftçi” komandası Rumıniyanın “Petrolul” kollektivinə qalib gəlib
16:18 24 Yanvar 2015
115 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, AzərTAc 
Türkiyədə təlim-məşq toplanışında olan Bakının “Neftçi” futbol komandası hazırlıq çərçivəsində növbəti yoxlama matçına çıxıb.
AzərTAc xəbər verir ki, baş məşqçi Arif Əsədovun komandası Antalyada Rumıniyanın “Petrolul” kollektivi ilə münasibətlərinə aydınlıq gətirib.
Görüş “Neftçi”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu Denis Silva vurub.
Maraq üçün bildirək ki, “Petrolul”u hazırda “Xəzər-Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik çalışdırır.
“Neftçi” bundan əvvəl Səudiyyə Ərəbistanının “Hajer” (3:1), Türkiyənin “Kayseri Ərciyəsspor” (0:0) və “Elazığspor” (0:1), eləcə də Ukraynanın “Volın” (4:3) komandaları ilə qarşılaşıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakinin_Neftchi_komandasi_Ruminiyanin_Petrolul_kollektivine_qalib_gelib-827290

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR