Belarus səfiri və Azərbaycanın nəqliyyat naziri nəqliyyat və logistika sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Belarus səfiri və Azərbaycanın nəqliyyat naziri nəqliyyat və logistika sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər
16:23 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, AzərTAc
Belarus Respublikasının Azərbaycandakı səfiri Nikolay Patskeviçin nəqliyyat naziri Ziya Məmmədovla görüşü olub.
Səfirlikdən AzərTAc-a bildirilib ki, görüşdə Belarusla Azərbaycan arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Görüşün nəticələrinə əsasən qeyd olunub ki, nəqliyyat sahəsində ikitərəfli əlaqələrin perspektivləri müəyyən ehtiyatlara malikdir. Bu ehtiyatlar həm Azərbaycanın, həm də Belarusun nəqliyyat potensialının möhkəmlənməsinə kömək edə bilər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Belarus_sefiri_ve_Azerbaycanin_neqliyyat_naziri_neqliyyat_ve_logistika_sahesinde_emekdasliq_meselelerini_muzakire_edibler-827292

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR