Ölənlərin sayı 15-ə çatdı

Ölənlərin sayı 15-ə çatdı
16:31 24 Yanvar 2015
106 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın Mariupol şəhərində separatçıların şəhəri atəşə tutması nəticəsində 15 nəfər ölüb, 46 nəfər isə yaralanıb.

ANS PRESS-in Unian agentliyinə istinadən verdiyi məlumata görə, yaralananlar arasında 12 yaşlı qız da var.

Ukrayna Daxili İşlər Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, separatçılar bazar və ticarət mərkəzini nişan alıblar. Yaralılar şəhər xəstəxanalarına çatdırılıblar. Onların arasında vəziyyətləri son dərəcə ağır olanları var.

Ukrayna hökuməti Mariupoldakı hadisəni terror aktı kimi dəyərləndirib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=321673

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR