“SEFCO Consulting Group”un təmsilçisi Azərbaycan Dövlət İqtisad Universitetində təlim keçib

“SEFCO Consulting Group”un təmsilçisi Azərbaycan Dövlət İqtisad Universitetində təlim keçib
16:38 24 Yanvar 2015
150 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, AzərTAc 
“SEFCO Consulting Group”un rəhbəri Elmir Səfərli Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) iqtisadiyyat və sənaye fakültəsində təlim keçib.
ADİU-dan AzərTAc-a bildirilib ki, təlimdə şirkət rəhbəri müəllimlərə təmsil etdiyi qurum barədə məlumat verib, iqtisadiyyata giriş fənninin tədrisi ilə bağlı dünyanın aparıcı universitetlərinin təcrübələrini bölüşüb.
Qeyd olunub ki, “SEFCO Consulting Group” 2011-ci ildə Türkiyədə təsis oıunub və bir sıra beynəlxalq universitetlərdə akademik səviyyədə təlimlər təşkil edib. İtaliya, Ukrayna, Sloveniya, Gürcüstan və bir sıra başqa ölkələrdə xüsusi akademik təlimlər keçirən “SEFCO Consulting Group” bir sıra ictimai, iqtisadi və sosial layihələrin təşkilatçısıdır. Bununla yanaşı, şirkət 2014-cü ildən Azərbaycanda da fəaliyyət göstərməyə başlayıb. Şirkətin məqsədi akademik, elmi və beynəlxalq səviyyədə qəbul olunmuş standartların yerli səviyyədə tətbiqi və bu çərçivədə maarifləndirici layihələrin, təlimlərin həyata keçirilməsidir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR