Balakəndə narkotik maddə satışı ilə məşğul olan şəxslər tutulublar

Balakəndə narkotik maddə satışı ilə məşğul olan şəxslər tutulublar
16:58 24 Yanvar 2015
140 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, AzərTAc 
Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Balakən rayonunun Gərəkli kənd sakinləri Şamil Umarov 1 kiloqram 232 qram, Arif Dibirov, Elçin Cınıxov, Sarıbulaq kənd sakinləri Kamandar Baratov və Musa Dibirov 971,32 qram marixuananı satarkən rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulublar.
A.Dibirovun evinə baxış zamanı əlavə olaraq 15,18 qram marixuana da aşkar edilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Balakende_narkotik_madde_satisi_ile_mesgul_olan_sexsler_tutulublar-827297

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR