İrəvanı qorxudan silahımız

İrəvanı qorxudan silahımız
17:01 24 Yanvar 2015
221 Ölkə
Ölkə mətbuatı
A- A+

İşğal etdiyi ərazilərdə hər gün itkilər verən Ermənistanın KİV-ləri bunu Azərbaycanın aldığı yeni sirli texnika ilə izah edir.

ANS PRESS-in məlumatına görə, erməni mətbuatı yazır ki, Azərbaycan silahlı qüvvələri Ermənistana qarşı yeni taktika və yeni silahlardan istifadə edir.

Erməni şərhçi Naira Hayrumyan isə həmin silahları təsvir etməyə çalışır: “Azərbaycanlılar gecə görməyə imkan verən elə texnika alıblar ki, onun vasitəsi ilə hətta minalı sahədən keçə bilirlər, canlı qüvvəni aşkar edirlər və bir zərbə ilə düşməni məhv edirlər”. Hayrumyanın sözlərinə görə, Dağlıq Qarabağdakı işğal rejimi düşünür ki, Azərbaycan xüsusi təyinatlıları İsrail və alman texnikasından istifadə edir.

Naira Hayrumyan Ermənistanın belə imkanının olmadığını bildirir: “Ermənistanın birtərəfli qaydada Rusiyaya üz tutması başqa ölkələrə kömək üçün üz tutmasına imkan vermir”.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=321676

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR