Polad Bülbüloğlu yubiley konserti verdi

Polad Bülbüloğlu yubiley konserti verdi
17:19 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

 

Çaykovski adına Moskva Dövlət Akademik Filarmoniyasının konsert zalında Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti, bəstəkar və müğənni Polad Bülbüloğlunun 70 illiyinə həsr olunan yubiley konserti keçirilib. 

 

APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, P. Bülbüloğlunu Rusiya Dövlət Simfonik Orkestri müşayiət edib. Orkestrin baş dirijoru Rusiyanın xalq artisti, dövlət mükafatı laureatı Sergey Skripka olub. Gecənin aparıcısı, Rusiyanın və Azərbaycanın əməkdar mədəniyyət və incəsənət xadimi, musiqişünas, akademik Janna Dozortseva çıxışında Polad Bülbüloğlunun həyatından bəhs edib.

 

Səhnəyə çıxan Polad Bülbüloğlu yubiley konsertində iştirak edən bütün qonaqlara və pərəstişkarlarına təşəkkürünü bildirib. P. Bülbüloğlu konsert proqramına "Mənim Azərbaycanım" mahnısı ilə başlayıb. Moskvanın məşhur konsert salonun səhnəsindən ötən əsrin sonlarının hitləri - “Gəl ey səhər”, “Zəng et”, “Bənövşələr”, “Gözlərinə de ki...” mahnıları, eləcə də "Qorxma, mən səninləyəm" filmindəki mahnılar, “Məhəbbət və ölüm”, “Dədə Qorqud” baletlərindən fraqmentlər səslənib. Yubiley konsertində Dövlət Dumasının sədri Sergey Narışkin, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman, Federasiya Şurasının üzvü Vitali İqnatenko, Moskva hökumətinin departament rəhbəri Yuri Artyux və digər rəsmi şəxslər, eləcə də məşhur mədəniyyət-incəsənət xadimləri iştirak ediblər.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191370

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR