Bakıda “Oracle Day Baku 2015” konfransı keçiriləcək

Bakıda “Oracle Day Baku 2015” konfransı keçiriləcək
17:23 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, AzərTAc
Fevralın 12-də Azərbaycanda yeni texnologiyalara həsr olunmuş növbəti “Oracle Day Baku” konfransı keçiriləcək.
AzərTAc “Oracle” şirkətinin saytına istinadla xəbər verir ki, konfrans çərçivəsində yeni imkanların və biznes-modellərin stimullaşdırılması, texnologiyalarla bağlı ümumi problemlərin həlli, şirkətlərin informasiya texnologiyaları infrastrukturunun optimallaşdırılması, “Oracle” şirkətinin ən son həlləri ilə bağlı məruzələr ediləcək və təqdimatlar keçiriləcək.
Tədbirdə EMEA (Avropa, Yaxın Şərq və Afrika) regionunun bir neçə ölkəsindən “Oracle” məhsulları üzrə mütəxəssislər çıxış edəcək, təqdimatlar olacaq.
Tədbir “Intel”, “Sinam”, “R.I.S.K.” və “IT Solutions” şirkətlərinin birgə dəstəyi və təşkilatçılığı ilə keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_Oracle_Day_Baku_2015_konfransi_kechirilecek-827302

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR