34 il axtarışda olan kişi tutuldu

34 il axtarışda olan kişi tutuldu
17:26 24 Yanvar 2015
85 Dünya
Ölkə mətbuatı
A- A+

Amerikada 34 il əvvəl həbsxanadan qaçmış 61 yaşlı kişi həbs edilib.

ANS PRESS-in məlumatına görə, o, Yuta ştatının Vellinqton şəhərində tutulub.

Sem Harris 1980-cı ildə Missisipi ştatında cəza çəkdiyi həbsxanadan qaçıb. Oğurluq üstündə həbsxanaya düşən Sem, qaçarkən 27 yaşı olub. O, cəzasının 4 ilini çəkdikdən sonra bu addımı atıb.

O vaxtdan müxtəlif adlarla müxtəlif şəhərlərdə yaşayaraq hökumətdən gizlənməyə nail olub.

Harris Vellinqtonda öz evinin yaxınlığında saxlanılıb. O, yaxın zamanlarda Missisipidə məhkəmə qarşısına çıxarılacaq.

Polisin uzun illərdən sonra Sem Harrisin izinə necə düşməsi barədə açıqlama verilmir.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR