Gün ərzində 69 cinayət faktı qeydə alınıb

Gün ərzində 69 cinayət faktı qeydə alınıb
17:33 24 Yanvar 2015
83 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, AzərTAc 
Yanvarın 23-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 69 cinayət faktından 36-nın üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında qeydə alınan 4 yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər ölüb, 2 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətdiyinə görə 29 nəfər tutulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gun_erzinde_69_cinayet_fakti_qeyde_alinib-827305

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR