Obama terror sammiti keçirir

Obama terror sammiti keçirir
17:37 24 Yanvar 2015
92 Dünya
Ölkə mətbuatı
A- A+

Con Kerri terrorla mübarizədə uzunmüddətli strategiyanı açıqlayıb
ABŞ prezidenti Barak Obama tərəfindən Vaşinqtonda terror hədələri ilə bağlı növbəti sammit təşkil olunacaq.

Anspress-in məlumatına görə, bunu İsveçrənin Davos şəhərində keçirilən ənənəvi Dünya İqtisadi Forumunda liderlər qarşısında çıxış edən Con Kerri bildirib və ekstremizmə qarşı mübarizədə uzunmüddətli strategiyasını açıqlayıb.

O, buraya etibarlı idarəçilik, iqtisadiyyatla yanaşı, siyasi elmi inkişafın, həmçinin İraqda və Suriyada "İslam Dövləti" yaraqlılarına qarşı beyləlxalq koalisiyanın səylərinin daxil olduğunu vurğulayıb: "Dünya qarşıdakı həftələrdə Yəmən, Şimali Afrika, Somali və Nigeriyada sabitlik və təhlükəsizliyin bərpası üçün birlikdə iş görməlidir."

Dövlət katibi qarşıdakı günlərdə Nigeriyaya səfər edəcəyini deyib: "Zorakı ekstremizmə qarşı mübarizənin qərarı döyüş meydanlarında deyil, sinif otaqlarında, dini mərkəzlərdə veriləcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/320803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR