Andrian Kandu Moldova parlamentinin sədri seçilib

Andrian Kandu Moldova parlamentinin sədri seçilib
17:38 24 Yanvar 2015
104 Dünya
Ölkə mətbuatı
A- A+


Kişineu, 24 yanvar, AzərTAc
Moldova baş nazirinin müavini və iqtisadiyyat naziri vəzifələrini icra edən Andrian Kandu ölkə parlamentinin yeni sədri seçilib.
Gizli səsvermə zamanı 59 deputat Demokratik Partiya fraksiyasını təmsil edən A.Kandunun lehinə, bir nəfər əleyhinə səs verib.
Andrian Kandu 1975-ci il noyabrın 27-də Kişineuda anadan olub. 1998-ci ildə Kluj-Napokada (Rumıniya) Babeş-Bolyay Universitetinin hüquq fakültəsini bitirib, 2008-ci ildə Vyana İqtisadiyyat və Biznes Universitetində beynəlxalq vergi hüququ sahəsində magistr diplomu alıb. 2010-cu il noyabrın 28-dən Moldova parlamentinin deputatı olub, 2013-cü il mayın 30-dan 2014-cü ilin iyulunun ilk günlərinə qədər Moldova parlamenti sədrinin müavini vəzifəsini tutub. 2014-cü il iyulun 3-dən indiyə qədər baş nazirin müavini vəzifəsində çalışıb.
A.Kandu evlidir, iki övlad atasıdır.
Zeynal Ağazadə
AzərTAc –ın xüsusi müxbiri
Kişineu

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR