ATƏT xüsusi bəyanat yaydı

ATƏT xüsusi bəyanat yaydı
18:26 24 Yanvar 2015
95 Dünya
Ölkə mətbuatı
A- A+

ATƏT-in xüsusi monitorinq missiyası Ukraynanın Donbass regionunda atəşkəsin elan edilməsinə və münaqişə tərəflərini Minsk razılaşmasının şərtlərinə riayət etməyə çağırıb.

Missiya Donetsk ərazisində atəşkəs elan edilməsi üçün vasitəçilik etməyə hazır olduğunu da bəyan edib.

"Missiya Donetsk hava limanı ərazisində, onun ətrafında və şəhərin mərkəzində atəşkəsin əldə olunması, eləcə də Donetskin münaqişədən zərər çəkmiş əhalisinə humanitar yardım göstərmək məqsədilə humanitar fasilənin elan edilməsi üçün əlindən gələni etməyə hazırdır" - ATƏT-in xüsusi monitorinq missiyasının bəyanatında belə deyilir.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR