Kuba-ABŞ: münasibətlərin nizamlanmasına doğru ilk addım

Kuba-ABŞ: münasibətlərin nizamlanmasına doğru ilk addım
18:28 24 Yanvar 2015
100 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, AzərTAc
ABŞ və Kuba münasibətləri tarixində yeni səhifə açılır. Tərəflər Havanada ilk dəfə olaraq danışıqlar masası arxasında oturublar. Vaşinqton “Azadlıq Adası”na tətbiq olunmuş ticarət blokadasını aradan qaldırmağı vəd edib.
AzərTAc Vesti.ru saytına istinadla xəbər verir ki, danışıqların ilk raundunu şərh edən Havana və Vaşinqton təmsilçiləri ilk addımın atıldığını, lakin yolun sonuna hələ çox qaldığını bildiriblər.
Danışıqlarda səfirliklərin aşılması, mühacirlərin problemləri və Kubada insan haqlarının qorunması məsələləri müzakirə olunub.
ABŞ-Kuba münasibətlərdə irəliləyiş keçən ilin dekabr ayında başlamışdı. O zaman Prezident barak Obama Kubanın üzərindən ticarət blokadasını qaldırmaq və diplomatik münasibətləri bərpa etmək niyyətində olduğunu bəyan etmişdi. Raul Kastro da öz növbəsində bu qərarı dəstəkləmiş, lakin bütün hallarda kommunist partiyasının hakimiyyətdə qalacağını bildirmişdi.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR