İlham Əliyev Hindistanın prezidentini təbrik edib

İlham Əliyev Hindistanın prezidentini təbrik edib
18:43 24 Yanvar 2015
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Hindistan Respublikasının prezidenti cənab Pranab Mukherciyə Respublika günü münasibəti ilə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident,

Hindistan Respublikasının milli bayramı – Respublika günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Hindistan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xoş ənənələrinin qorunub saxlanması və daha da inkişaf etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına daim əmin-amanlıq və tərəqqi arzulayıram."

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR