Azərbaycan prezidenti hindistanlı həmkarını təbrik edib

18:57 24 Yanvar 2015
94 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 24 Yanvar 2015 18:53 ]

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev hindistanlı həmkarı Pranab Mukhercini ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir: “Hörmətli cənab prezident,

Hindistan Respublikasının milli bayramı – Respublika günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Hindistan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xoş ənənələrinin qorunub saxlanması və daha da inkişaf etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına daim əmin-amanlıq və tərəqqi arzulayıram”. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370279

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR